“Bakı Marafonu 2017”nin nümayəndələri tələbələrlə görüşüblər

“Bakı Marafonu 2017”nin nümayəndələri tələbələrlə görüşüblər Tədbir Azərbaycan Dövlət Universitetin akt zalında baş tutub
Fərdi
2 Mart , 2017 19:49
“Bakı Marafonu 2017”nin nümayəndələri tələbələrlə görüşüblər

Bakı. 2 mart. REPORT.AZ/ “Bakı Marafonu 2017”nin icraçıları və tərəfdaşları Azərbaycan Dövlət Universitetində tələbə və müəllim heyəti ilə görüşüb.

"Report"un layihənin rəsmi saytına istiandən verdiyi məlumata görə, təhsil ocağının akt zalında baş tutan tədbirdə 500-dən çox tələbə iştirak edib.

Mərasimdə Bakı Marafonunun tarixi, iştirak qaydaları, qeydiyyat prosesi, hədiyyələr, marşrut barəsində tədbir iştirakçılarına geniş məlumat verilib.

Marafonun sponsorlarından olan “AzerTürkBank”ın nümayəndəsi Leyla Məmmədova qaliblər üçün nəzərdə tutulan mükafatları tələbələrin nəzərinə çatdırıb.

Digər tərəfdaş, “GoSport” idman malları mağazaları şəbəkəsinin nümayəndəsi Nikita Sokolov isə qaçış zamanı idman ayaqqabıları və geyimlərin seçilməsi qaydaları barəsində tələbələrə məsləhətlərini verib.

“Bakı Marafonu 2016”nın qalibi Namiq Əsədov isə marafona hazırlıq mərhələsi və hər həftə keçirilən təlimlər barəsində danışıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir.

Son xəbərlər

Orphus sistemi