"Bakı Marafonu 2017”nin nümayəndələri BDU-da tələbə və müəllim heyəti ilə görüşüblər

"Bakı Marafonu 2017”nin nümayəndələri BDU-da tələbə və müəllim heyəti ilə görüşüblər Universitetin akt zalında baş tutan tədbirdə 500-dən çox tələbə iştirak edib
Fərdi
9 Mart , 2017 20:34
Bakı Marafonu 2017”nin nümayəndələri BDU-da tələbə və müəllim heyəti ilə görüşüblər

Bakı. 9 mart. REPORT.AZ/ "Bakı Marafonu 2017”nin icraçıları və tərəfdaşları Bakı Dövlət Universitetində (BDU) tələbə və müəllim heyəti ilə görüşüb. 

"Report"un layihənin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün universitetin akt zalında baş tutan tədbirdə 500-dən çox tələbə iştirak edib.

Mərasimdə Bakı Marafonunun tarixi, iştirak qaydaları, qeydiyyat prosesi, hədiyyələr, marşrut barəsində tədbir iştirakçılarına geniş məlumat verilib.

Marafonun sponsorlarından olan “AzerTürkBank”ın nümayəndəsi Leyla Məmmədova qaliblər üçün nəzərdə tutulan mükafatları tələbələrin nəzərinə çatdırıb.

Digər tərəfdaş, “GoSport” idman malları mağazaları şəbəkəsinin nümayəndəsi Nikita Sokolov isə qaçış zamanı idman ayaqqabıları və geyimlərin seçilməsi qaydaları barəsində tələbələrə məsləhətlərini verib.

“Bakı Marafonu 2016”nın qalibi Namiq Əsədov marafona hazırlıq mərhələsi və hər həftə keçirilən təlimlər barəsində danışıb. Sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. 

Son xəbərlər

Orphus sistemi