Yuxarı
    Bağlamaq

    "Bakı Marafonu 2017"də iştirak üçün qeydiyyatdan keçənlərə qaçış nömrələrinin verilməsinə başlanılıb

    Nömrələr Gənclik Mall və Port Bakuda verilir

    Bakı. 25 aprel. REPORT.AZ/ Aprelin 30-da Bakıda keçiriləcək marafonda iştirak üçün qeydiyyatdan keçənlər bu gündən etibarən qaçış nömrələrini ala biləcəklər.

    "Report"un yarışın rəsmi "Facebook" səhifəsinə istinadən məlumatına görə, nömrələr iki məkanda veriləcək.

    "Bakı Marafonu"nun "Gənclik Mall"dakı stendindən məntəqələrdə və aprelin 8-də Bulvarda sponsor komandası üçün, "Port Baku"dakı "Go Sport" mağazasından isə onlayn qeydiyyatdan keçənlər nömrələrini hər gün saat 10:00-dan saat 21:00-dək əldə edə bilərlər.

    Məntəqələrdə qeydiyyatdan keçənlər gələrkən çek və şəxsiyyət vəsiqəsini, tələbələr isə tələbə bileti və şəxsiyyət vəsiqəsini, onlayn və sponsor komandası üçün qeydiyyatdan keçənlər yalnız şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

    Qeyd edək ki, aprelin 30-da keçiriləcək “Bakı Marafonu 2017” saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə SMG şirkəti həyata keçirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi