Bakı Karate-do Akademiyası ilin yekunlarına həsr olunmuş tədbir keçirib

Bakı Karate-do Akademiyası ilin yekunlarına həsr olunmuş tədbir keçirib Bakı Karate-do Akademiyası (BKA) 2019-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirib.
Fərdi
28 dekabr 2019 16:17
Bakı Karate-do Akademiyası ilin yekunlarına həsr olunmuş tədbir keçirib

Bakı Karate-do Akademiyası (BKA) 2019-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirib.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunun konfrans zalında təşkil olunan tədbirdə akademiyanın prezidenti Vüsal Abdullazadə və fəxri prezidenti Məmməd Əliyevlə yanaşı, vitse-prezidenti Elçin Məmmədli və akademiyanın mətbuat katibi Fəridə Nizamiqızı iştirak edib.

Vüsal Abdullazadə Azərbaycanın bütün sahələrdə olduğu kimi idmanda da yüksəlişdə olduğunu vurğulayıb. O, ölkədə bir sıra beynəlxalq və yerli idman yarışlarının keçirildiyini, həmçinin Azərbaycanın idman ölkəsi kimi tanındığını söyləyib.

Akademiyanın rəhbəri 2019-cu ildə 7 yarış keçiridiklərini sözlərinə əlavə edib: "Bu yarışlarda Karate light-kontakt və full kontakt versiyası daxil olmaqla, ümumilikdə, il ərzində keçirilən turnirlərdə ölkənin 4500-dən çox idmançısı mübarizə aparıb. BKA 2019-cu ildə ölkə xaricindəki yarışlarda da uğurla çıxış edib. Portuqaliya və Gürcüstanda keçirilmiş dünya çempionatında ölkəmizə 5 qızıl, 2 gümüş və 2 bürünc medal gətirmişik. Həmçinin il ərzində müxtəlif beynəlxalq turnirlər və dünya kuboklarında, ümumilikdə, 78 medal (32 qızıl, 16 gümüş, 24 bürünc) qazanmışıq. Akademiyanın idmançıları ölkədəki yarışlarda 250-dən çox medal əldə edib. 2019-cu il BKA üçün uğurlu olub. Ölkədə bütün qurumlar akademiyamızı rəsmən tanıyıb. Bu da bizim uğurumuzdur".

Fəxri prezident Məmməd Əliyev qonaqları salamlayıb və hər zaman akademiyaya dəstək olacağını söyləyib. O BKA-nın uğurlu layihə olduğunu və bir sıra naliyyət qazandığını diqqətə çatdırıb.

Akademiyadakı idmançıların valideynləri Vüsal Abdullazadəyə hədiyyə veriblər.

Daha sonra müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub. BKA-nın fəxri prezidenti, Baş Prokurorluğun Mərkəzi aparatının rəhbəri, prokuror, ədliyyə müşaviri Məmməd Əliyev "İlin Adamı" fəxri adı ilə təltif edilib və digər mükafatlar da təqdim olunub.

Tədbirdə televiziya və media nümayəndələri də təltif edilib. Bunların siyahısında "Report" İnformasiya Agentliyi də yer alıb.

Ardınca akademiyanın idmançıları mükafatlarını alıblar. Nihat Hüseynli ilin döyüşçü, Zaur Mirzəzadə ilin idmançısı, Səid Rüstəmov, İbrahim İbayev və Jasmin Xəlilova ilin ən perspektivli döyüşçüsü adına, Ziyəddin Nağızadə isə ən çox uğur qazandığı üçün xüsusi olaraq fəxri fərmana layiq görülüb.

Tədbirin sonunda 2019-cu ildə uğur qazanan bütün idmançılar təltif olunublar.

Son xəbərlər

Orphus sistemi