Bayraq Günü münasibətilə ekoloji təmizlik aksiyası keçiriləcək

Bayraq Günü münasibətilə ekoloji təmizlik aksiyası keçiriləcək 9 noyabr - Bayraq Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən ölkə gənclərinin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında müxtəlif aksiyalar keçirilir.
Fərdi
7 Noyabr , 2019 17:39
Bayraq Günü münasibətilə ekoloji təmizlik aksiyası keçiriləcək

9 noyabr - Bayraq Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən ölkə gənclərinin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında müxtəlif aksiyalar keçirilir. 

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, növbəti, "Bakı gözəl şəhər" adlı ekoloji təmizlik aksiyası noyabrın 8-də Bakı şəhərinin Binəqədi, Qaradağ, Nizami, Suraxanı, Sabunçu, Xəzər rayonlarının gənclərinin iştirakı ilə keçiriləcək. 

Aksiyada hər rayondan, ümumilikdə, 200-300 gəncin iştirakı gözlənilir.

Rayon Keçirilmə vaxtı Ünvan

Binəqədi rayonu 11.00- Süleyman Sani Axundov küçəsi 112
Qaradag rayonu 10.00- Lökbatan qəsəbəsi
Nizami rayonu- 11.00- Pəhlivan Fərzəliyev küçəsi
Suraxanı rayonu 11.00 Qaraçuxur qəsəbəsi, "Şərq" yaşayış sahəsi
Sabuncu rayonu 16.00 Nardaran qəsəbəsi
Xəzər rayonu 11.00 Şüvəlan çimərliyi

Qeyd edək ki, noyabrın 1-dən başlayan aksiyalar 9-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi