“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri satışa çıxarılıb.
Satışa çıxarılan 146 000 bilet “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi veb saytı
Açılış mərasiminə bir biletin qiyməti 10 - 15 manat, bağlanış mərasiminə isə 5 - 10 manatdır. Hər iki mərasim Bakı Kristal Zalında keçiriləcək. Bütün idman yarışlarına biletlərin pulsuz olmasına baxmayaraq, idman arenalarına giriş yalnız əvvəlcədən əldə olunmuş biletlər vasitəsilə mümkün olacaq.
Gənclər və İdman naziri
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı 21 - 27 iyulda Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.