"Bakı 2015"in qalibi Cənubi Koreyadakı turnirdə də qızıl medal qazanıb

"Bakı 2015"in qalibi Cənubi Koreyadakı turnirdə də qızıl medal qazanıb Azərbaycan taekvondoçularından 3-ü fəxri kürsüyə qalxıb
Fərdi
28 İyul , 2015 09:59
Bakı 2015in qalibi Cənubi Koreyadakı turnirdə də qızıl medal qazanıb

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycan taekvondoçuları Cənubi Koreyanın Çunçeon şəhərində keçirilmiş “Korea Open” turnirində 3 medal qazanıb. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, medallardan 1-i qızıl, 2-si bürünc olub.

"Bakı 2015" I Avropa Oyunlarının qalibi Milad Beigi Harçeqani 80 kq çəki dərəcəsindəki bütün rəqiblərini yenərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sina Bahrami (63 kq) və qadın taekvondoçu Patimat Abakarova (49 kq) isə yarımfinalda uduzaraq, bürünc medalla kifayətlənib.

Qeyd edək ki, "Korea Open"də Azərbaycanı 12 taekvondoçu təmsil edib. 

Son xəbərlər

Orphus sistemi