​Azərbaycan velosipedçisi Litvada bir qızıl, bir gümüş medal qazanıb

​Azərbaycan velosipedçisi Litvada bir qızıl, bir gümüş medal qazanıb Olqa İsmayılova fəxri kürsüyə 2 dəfə qalxıb
Fərdi
10 Mart , 2015 13:33
​Azərbaycan velosipedçisi Litvada bir qızıl, bir gümüş medal qazanıb

Bakı. 10 mart. REPORT.AZ/ Litvanın Panevejis şəhərində velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı "Panevejis-2015" turnirinə yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycan yığma komandası yarışı 1 qızıl və 1 gümüş medalla bitirib.

İlk yarış günü 500 metr məsafəyə sprint növündə qızıl medal əldə edən Olqa İsmayılova 200 metrə mübarizədə də fəxri kürsüyə yüksəlməyi bacarıb. O, yalnız yerli idmançıdan geri qalaraq, turnirin gümüş medalını qazanıb. Digər idmançılardan isə ağır zədədən sonra yenidən məşqləri bərpa edən Sergey Omelçenko keyrində 5-ci, 200 metr məsafəyə sprint yürüşündə 8-ci olub.

Azərbaycan yığmasının gənc üzvü Nicat Niftəliyev isə sprintdə 14-cü nəticə göstərib.

Son xəbərlər

Orphus sistemi