Azərbaycanlı üzgüçü Rio-2016-da mübarizəni dayandırıb

Azərbaycanlı üzgüçü Rio-2016-da mübarizəni dayandırıb Fatimə Alkərəmova 6 seçmə qrup üzrə mübarizənin yekununda "16-lığ"a düşə bilməyib
Fərdi
154
10 Avqust , 2016 20:25
Azərbaycanlı üzgüçü Rio-2016-da mübarizəni dayandırıb

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən üzgüçü Fatimə Alkərəmova start xəttinə çıxıb. 

"Report"un məlumatına görə, 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük mübarizəsində Fatimə Alkərəmova ilkin mərhələdə finişə 59,43 saniyəyə çataraq üçüncü olub.

Onu rəqiblərindən yalnız uruqvaylı İnes Remersaro (57,85) və anqolalı Ana Sofia Nobreqa (59,23) geridə qoya bilib. Əvəzində Alkərəmova monteneqrolu Yovana Terziç (59,59), albaniyalı Nikol Marijay (59,99), madaqaskarlı Estella Fils Rabetsara (1:01.11), qaçqınlar yığmasından Yusra Mardini (1:04.66) və Maldiv adalarından Aminat Şajanı (1:05.71) üstələyib.

Azərbaycanlı üzgüçü 6 seçmə qrup üzrə mübarizənin yekununda "16-lığ"a düşə bilməyib və nəticədə yarımfinal mərhələsindən kənarda qalaraq mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi