Yuxarı

​Azərbaycan taekvondoçuları dünya çempionatında qüvvələrini sınayacaq

Bir kişi və bir qadın taekvondoçu döşək üzərinə çıxacaq

Bakı. 13 may. REPORT.AZ/ Bu gün Rusiyanın Çelyabinsk şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında Azərbaycanın iki idmançısı qüvvəsini sınayacaq. "Report"un məlumatına görə, "Traktor" arenada baş tutacaq yarışda Azərbaycanın bir kişi və bir qadın taekvondoçusu döşək üzərinə çıxacaq. 

Qadın idmançı Patimat Abakarova 49 kq çəkidə Qazaxıstan təmsilçisi Anargül Sabiri məğlub etməyə çalışacaq. Kişilərdən isə İlkin Şahbazov 74 kq-da Kipri təmsil edən Kristos Pilavakislə qüvvəsini sınayacaq. 

Qeyd edək ki, Azərbaycan yığması Çelyabinskə ümumilikdə 15 idmançı ilə yollanıb. Onlardan 8-i kişi, 7-si isə qadındır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi