​Azərbaycan stolüstü tennisçiləri İranda üçüncü yeri tutublar

​Azərbaycan stolüstü tennisçiləri İranda üçüncü yeri tutublar Rüfət Quliyeva - Məryəm İmanova cütlüyü bürünc medala sahib olub
Fərdi
21 Yanvar , 2015 10:24
​Azərbaycan stolüstü tennisçiləri İranda üçüncü yeri tutublar

Bakı. 21 yanvar. REPORT.AZ/ İranın paytaxtı Tehranda stolüstü tennis üzrə IV Fəcr Kuboku keçirilib. "Report"un Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışda Azərbaycanı məşqçilər Niyaz Əzimov və Xəyalə Qiyasovanın rəhbərliyi ilə 4 kişi və 4 qadın tennisçi təmsil edib. 

Qızlar arasında qoşa yarışlarda Rüfət Quliyeva - Məryəm İmanova cütlüyü bürünc medala sahib olub.

Qeyd edək ki, turnirdə İranın 2 komandası ilə yanaşı, Rusiya, Qazaxıstan, Türkmənistan, Belarus, Serbiya və İndoneziya idmançıları da mübarizə aparıblar.

Son xəbərlər

Orphus sistemi