Yuxarı

Azərbaycan samboçusu dünya çempionu olub

Yaşar Nəcəfov finalda gürcüstanlı rəqibini məğlub edib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan samboçusu Yaşar Nəcəfov Rumıniyanın Ploieşti şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatının qızıl medalına sahib çıxıb. "Report"un məlumatına görə, 56 kq çəkidə yarışan idmançı həlledici döyüşdə gürcüstanlı Saba Qriqalaşvilini məğlub edib. 

Bu, Azərbaycanın çempionatda əldə etdiyi yeganə medal olub. 

Qeyd edək ki, dünya çempionatında baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında yeniyetmələrdən Əliş Yusifov (48 kq), Murad Əliyev (52 kq), Yaşar Nəcəfov (56 kq), Fuad Məmmədov (60 kq), Bahadur Əskərov (65 kq), Aydın Ələkbərov (70 kq) və Əli Nəzərli (75 kq), gənclərdən isə Yusif Nəbiyevlə (62 kq) Röyal Zeynalov (82 kq) iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi