Azərbaycanlı samboçu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanlı samboçu Avropa çempionatında bürünc medal qazanıb Azərbaycanlı samboçu Vilayət Bayramov Kiprin Limasol şəhərində yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Fərdi
13 Aprel , 2019 14:35
Azərbaycanlı samboçu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanlı samboçu Vilayət Bayramov Kiprin Limasol şəhərində yeniyetmə və gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb. 

"Report"un məlumatına görə, 62 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşdə Fransa təmsilçisini məğlub edib. Növbəti mərhələdə ukraynalı rəqibinə uduzan Bayramov bürünc medal uğrunda təsəlliverici görüşdə qüvvəsini sınayıb. 

Gənc samboçu ilk olaraq bolqarıstanlı idmançıya tam üstünlüklə qalib gəlib və üçüncü yer uğrunda həlledici görüşdə belaruslu rəqibinə şans verməyib. 

Qeyd edək ki, Azərbaycanı Avropa çempionatında 12 idmançı təmsil edir. Yarışa aprelin 16-da yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi