Azərbaycanlı şahmatçı Moskvada növbəti görüşünü keçirib

Azərbaycanlı şahmatçı Moskvada növbəti görüşünü keçirib Görüş heç-heçə yekunlaşıb
Fərdi
4 Oktyabr , 2016 20:12
Azərbaycanlı şahmatçı Moskvada növbəti görüşünü keçirib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş şahmat turnirində çıxış edib. 

"Report"un məlumatına görə, Ş.Məmmədyarovun rəqibi ermənistanlı Levon Aronyan olub.

Görüşdə qalib müəyyənləşməyib. Nəticədə aktivinə 0.5 xal yazan azərbaycanlı zəka sahibi xal ehtiyatını 3-ə çatdırıb.

Sentyabrın 25-dən start götürən xatirə turnirində 10 şahmatçı - Vladimir Kramnik (2808, Rusiya), Levon Aronyan (2792, Ermənistan), Vişi Anand (2707, Hindistan), Aniş Qiri (2769, Hollandiya), Şəhriyar Məmmədyarov (2764, Azərbaycan), Li Çao (2753, Çin), Petr Svidler (2751, Rusiya), Boris Qelfand (2743, İsrail), Yan Nepomnyaşiy (2740, Rusiya), Yevgeniy Tomaşevskiy (2731, Rusiya) iştirak edir.

Turnirə oktyabrın 6-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi