Yuxarı
    Bağlamaq

    Azərbaycanlı qrossmeyster 239 şahmatçı arasında üçüncü oldu

    Rumıniyada keçirilən “Arad Open 2015” beynəlxalq şahmat festivalı başa çatıb

    Bakı. 13 avqust. REPORT.AZ/ Rumıniyada keçirilən “Arad Open 2015” beynəlxalq şahmat festivalı başa çatıb.

    "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, festivalda Azərbaycanla yanaşı, Ukrayna, Rumıniya, Avstriya, Almaniya, Macarıstan, Hindistan, Xorvatiya, Rusiya, Serbiya, İsrail, Moldova və Slovakiyadan 239 şahmatçı iştirak edib.

    Azərbaycanı bu yarışda beynəlxalq qrossmeyster Ülvi Bacarani təmsil edib. İsveçrə sistemi ilə doqquz turdan ibarət keçirilən yarışın sonuncu turunda həmyerlimiz Ukrayna təmsilçisi, turnirin lideri Zubov Aleksandrla xalları yarı bölüb.

    Beləliklə, Ülvi Bacarani doqquz turdan aktivinə 7,5 xal yazaraq 1-3-cü yerləri bölüşüb. Əlavə göstəricilərə görə təmsilçimiz bürünc medalın sahibi olub. Qalib adını isə ukraynalı Aleksandr Zubov qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi