Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib "2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyimizi bilmirəm".
Fərdi
4 Oktyabr , 2022 13:24
Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib
İlqar Məmmədov

"2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyimizi bilmirəm".

"Report"un yerli mətbuata istinadən məlumatına görə, bunu Rusiya Qılıncoynatma Federasiyasının (FFR) prezidenti İlqar Məmmədov milli komandanın olimpiadada mümkün iştirakı ilə bağlı sualı cavablandırarkən deyib.

57 yaşlı funksioner bu sualın Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Baxa ünvanlanmalı olduğunu söyləyib: "Mən Tomas Bax deyiləm və onun yerinə danışa bilmərəm. Ümid edirik ki, Beynəlxalq Qılıncoynatma Federasiyasının noyabrda Lozannada keçiriləcək Konqresində bizim qayıdışımızla bağlı qərar veriləcək. Əks halda, arxalanacağımız heç nə yoxdur".

Azərbaycanlı ikiqat olimpiya çempionu Rusiya təmsilçilərinin neytral bayraq altında mümkün çıxışına da münasibət bildirib: "Sual ilk növbədə qayıdışla bağlıdır. Ya hə, ya da yox. Beynəlxalq arenaya qayıtsaq, şərtlərlə bağlı danışıqlar olacaq. Qılıncoynadanlarımızın vətəndaşlığı dəyişmək arzusu yoxdur".

Qeyd edək ki, İlqar Məmmədov Seul-1988 və Atalanta-1996 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Veteran rapiraçı 2012-ci ildən Rusiya millisinin baş məşqçisi idi. O, 2021-ci ildə Rusiya Qılıncoynatma Federasiyasının prezidenti seçilib. İ.Məmmədov hazırda Azərbaycan Qılıncoynatma Federasiyasında məsləhətçi vəzifəsində çalışan Yaşar Məmmədovun oğludur.

Son xəbərlər

Orphus sistemi