​Azərbaycanlı idmançının dünya reytinq siyahısındakı yeri açıqlanıb

​Azərbaycanlı idmançının dünya reytinq siyahısındakı yeri açıqlanıb R.Pevtsovun aktivində 20161.87 xal var
Fərdi
19 Avqust , 2015 11:58
​Azərbaycanlı idmançının dünya reytinq siyahısındakı yeri açıqlanıb

Bakı. 19 avqust. REPORT.AZ/ Beynəlxalq Triatlon İttifaqı idmançıların yeni reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, siyahıda Azərbaycan idmançısının da adı var.

Triatlon üzrə yığma komandanın üzvü Rostislav Pevtsov dünya reytinqində 34-cü pilləyə layiq görülüb. O, olimpiya reytinqində isə 26-cı pillədə qərarlaşıb. R.Pevtsovun aktivində 20161.87 xal var.

Siyahıya ispaniyalı atlet Xavyer Qomes başçılıq edir.

Son xəbərlər

Orphus sistemi