Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanın 4 kişi və 4 qadın stolüstü tennisçisi yanvarın 16-da İranın paytaxtı Tehrana yola düşəcəklər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tennisçilər IV Fəcr Kubokunda iştirak edəcəklər.
İdmançılara məşqçilər Niyaz Əzimov və Xəyalə Qiyasova rəhbərlik edəcək.
Qeyd edək ki, IV Fəcr Kubokunda Rusiya, Belarus, Türkmənistan, Macarıstan, Cənubi Koreya, Livan, İraq, Əfqanıstan, İndoneziya, Almaniya və Serbiya idmançılarının iştirakı gözlənilir.