Azərbaycanlı idmançı turnikdən iki barmaqla sallanma üzrə dünya rekordu müəyyənləşdirib - VİDEO

Azərbaycanlı idmançı turnikdən iki barmaqla sallanma üzrə dünya rekordu müəyyənləşdirib - VİDEO Rusiyanın Ulan-Ude şəhərində yaşayan əslən azərbaycanlı Rafael Quliyev dünya rekordu müəyyənləşdirib.
Fərdi
3 Sentyabr , 2019 17:47
Azərbaycanlı idmançı turnikdən iki barmaqla sallanma üzrə dünya rekordu müəyyənləşdirib - VİDEO

Rusiyanın Ulan-Ude şəhərində yaşayan əslən azərbaycanlı Rafael Quliyev dünya rekordu müəyyənləşdirib.

Bu barədə "Report"a Quliyevin özü məlumat verib. 85 kq çəkiyə malik idmançı turnikdən iki barmaqla 75 saniyə sallandığını bildirib: "Əvvəlki rekorddan xəbərdar idim. Buna görə də qarşıma 80 kq-dan yuxarı çəki dərəcəsində yeni rekord müəyyənləşdirmək vəzifəsi qoymuşdum. İstəyirdim ki, sentyabrın 13-də tamamlanacaq 26 yaşıma belə bir hədiyyə edim".

Quliyev Azərbaycana bağlılığından da danışıb: "Atam və babam Bakıda doğulub. Babamın atasının adı Talıb olub. Atam Vyaçeslav doğulduqdan sonra babam ailəliklə Rusiyaya köçüb. Ona görə də mən Rusiyada doğulmuşam. Lakin azərbaycanca bilmirəm".

Rekordçu peşəkar idmançı kimi sevdiyi növlə məşğul olmaq, qazanmaq istədiyini də əlavə edib.

Qeyd edək ki, Rafael Quliyev artıq 3 dəfə Rusiya rekordu müəyyənləşdirib. İlk dəfə o, iki barmaq üzərində 16 dəfə dartınıb. Daha sonra Quliyev yarıəyilmiş vəziyyətdə sol əli ilə ştanqı qurşağınadək çəkib. Nəhayət, idmançı 86 kq çəkiyə malik idmançını bir əli ilə qaldırıb. 

Son xəbərlər

Orphus sistemi