​Azərbaycanlı idmançı tayboks üzrə dünya çempionu olub

​Azərbaycanlı idmançı tayboks üzrə dünya çempionu olub Alim Nəbiyev rinqdə fransalı rəqibini nokdauna göndərib
Fərdi
134
11 Oktyabr , 2015 16:56
​Azərbaycanlı idmançı tayboks üzrə dünya çempionu olub

Bakı. 11 oktyabr. REPORT.AZ/ Oktyabrın 10-da Rusiyanın Belqorod şəhərində tayboks (Muay tay) üzrə beynəlxalq turnir - GBC (Golden Bars Championship) çempionatı keçirilib.

"Report" xəbər verir ki, yeddi qarşılaşmanın keçirildiyi idman gecəsinin əsas hadisəsi 77 kiloqramadək çəki dərəcəsində dünya çempionu titulu uğrunda döyüş olub.

Titullu döyüşə "professor" ləqəbli Alim Nəbiyev və Patrik Madis çıxıb. Döyüş günü Alimin 21 yaşı tamam olub. O döyüş ərzində rəqibindən üstün olub və hətta rəqibini nokdauna da göndərib. Sonda fransalı idmançı dünya çempionu kəmərini azərbaycanlı gənc tayboks ustasına uduzub və Alim Nəbiyev dünya çempionu titulunu qazanıb.

Milliyətcə azərbaycanlı olan Alim Nəbiyev Gürcüstanda doğulub. Uzun müddət Ukraynada yaşayıb, iki il bundan öncə isə Rusiyaya köçüb. Bu səbəbdən o rinqə üzərində üç ölkə - Azərbaycan, Ukrayna və Rusiya bayrağı olan şort ilə çıxır.

Son xəbərlər

Orphus sistemi