Yuxarı

Azərbaycanlı idmançı Pekində “Men's physique” yarışmasının qalibi olub

Yarışa 15 universitetdən 120-dən artıq tələbə qatılıb

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycanlı idmançı Sadiq Həsənov Çinin paytaxtı Pekində universitet tələbələri arasında keçirilən bodibildinq və bodifitnes üzrə yarışmada “Men's physique” (“Fitness Model”) qrupunda qalib olub. Bu barədə “Report”a S.Həsənovun özü məlumat verib.

Onun sözlərinə görə, yarışa 15 universitetin 120-dən artıq tələbəsi qatılıb. "Men's Physique"də B qrupunda 20 idmançı arasında gücünü sınadığını deyən S.Həsənov ilkin, yarımfinal və final mərhələlərində bütün rəqiblərindən üstün olaraq, çempion olduğunu vurğulayıb. 

Qeyd edək ki, Sadiq Həsənov Pekin İdman Universitetinin magistratura pilləsində təhsil alır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi