​Azərbaycanlı idmançı Litvada qızıl medal qazanıb

​Azərbaycanlı idmançı Litvada qızıl medal qazanıb Olqa İsmayılova rusiyalı Yelena Brejnevanı qabaqlayıb
Fərdi
7 Mart , 2015 13:23
​Azərbaycanlı idmançı Litvada qızıl medal qazanıb

Bakı. 7 mart. REPORT.AZ/ Litvanın Panevejis şəhərində velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı "Panevejis-2015" turniri start götürüb. 

"Report"un məlumatına görə, yarışda Azərbaycan yığma komandasının 2 üzvü - Olqa İsmayılova və Nicat Niftəliyev də mübarizə aparır.

İlk yarış günündə 500 metr məsafəyə sprint növündə mübarizə aparan Olqa İsmayılova bütün rəqiblərindən üstün olmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, final yürüşündə rusiyalı Yelena Brejnevanı qabaqlayıb və sürətini 51.45 km/saata çatdırmaqla finişi 34.985 saniyəyə keçib.

Qeyd edək ki, turnirə sabah yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi