Bakı. 22 dekabr. REPORT.AZ/ Dağıstanın Kaspiysk şəhərində Kuramaqomed Kuramaqomedovun mükafatı uğrunda sərbəst güləş üzrə yeniyetmələr arasında V beynəlxalq turnir keçirilib. "Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, turnirdə iştirak edən yığma üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub.
Böyük məşqçi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında qonşu respublikaya 8 güləşçi yollanıb. Onlardan 85 kq çəki dərəcəsində Hacımurad Məhəmmədsəidov yalnız final görüşündə uduzaraq gümüş medala yiyələnib. 76 kq çəkidə yer alan Əhliman Quliyev isə bürünc medal qazanıb.
Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Murad Əliyev təmsil edib.