Yuxarı
    Bağlamaq

    Azərbaycanlı əlil rəqqaslar Sankt-Peterburqdakı yarışda iştirak edəcəklər

    Turnirdə 14 ölkədən 150-dən çox idmançı yarışacaq

    Bakı. 9 avqust. REPORT.AZ/ Azərbaycanlı əlil rəqqaslar bu il sentyabrın 9-10-da Sankt-Peterburqda keçiriləcək əlil arabasında rəqslər üzrə Qitələr Kuboku-2017 turnirində iştirak edəcəklər.

    "Report" xəbər verir ki, turnirdə 14 ölkədən və Rusiyanın 15 regionundan 150-dən çox idmançı iştirak edəcək.

    Azərbaycandan başqa, yarışa Belarus, Belçika, Finlandiya, Fransa, Hollandiya, Meksika, Macarıstan, İsrail, İtaliya, Qazaxıstan, Koreya, Polşa və Şri Lankanın əlil arabasındakı rəqqasları qatılacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi