Azərbaycanlı dünya çempionu: "Ən güclü rəqiblərim İslamiadada yoxdur"

Azərbaycanlı dünya çempionu: "Ən güclü rəqiblərim İslamiadada yoxdur" "Bizim üçün məsuliyyətli yarışdır. Ona görə də İslam Həmrəyliyi Oyunlarına həmişəki kimi yaxşı hazırlaşmışıq. Həm də dünya çempionatı ilə arasında az məsafə olduğundan, bu yarışa var gücümüzlə hazır olmağa çalışmışıq. İnşallah, komanda şəklində yeni rekor
Fərdi
10 Avqust , 2022 10:24
Azərbaycanlı dünya çempionu: Ən güclü rəqiblərim İslamiadada yoxdur

"Bizim üçün məsuliyyətli yarışdır. Ona görə də İslam Həmrəyliyi Oyunlarına həmişəki kimi yaxşı hazırlaşmışıq. Həm də dünya çempionatı ilə arasında az məsafə olduğundan, bu yarışa var gücümüzlə hazır olmağa çalışmışıq. İnşallah, komanda şəklində yeni rekorda imza atarıq".

"Report"un məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında yunan-Roma güləşi üzrə dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli deyib.

30 yaşlı güləşçi Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 55 kq çəki dərəcəsində təmsil edəcək. Əzizli bildirib ki, əsas diqqətlərini 10-18 sentyabr tarixlərində Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına yönəldiblər:

"Şəxsən burada mənim əsas rəqibim Qazaxıstan və Türkiyə idmançısı olacaq. Çünki digərlərinə nisbətdə onlar daha yaxşıdır. Amma ən güclü rəqiblərim burada yoxdur, dünya çempionatındadırlar. Əsas ora hazırlaşırıq".

Qeyd edək ki, İslamiadada yunan-Roma güləşinə avqustun 12-də start veriləcək.

Son xəbərlər

Orphus sistemi