​Azərbaycanlı cüdoçular Türkiyənin hakim partiyasının Adana bölgəsi üzrə sədri ilə görüşüblər

​Azərbaycanlı cüdoçular Türkiyənin hakim partiyasının Adana bölgəsi üzrə sədri ilə görüşüblər ​Azərbaycanlı cüdoçular Türkiyədə keçirilmiş turnirdə qalib olub
Fərdi
25 Dekabr , 2014 09:53
​Azərbaycanlı cüdoçular Türkiyənin hakim partiyasının Adana bölgəsi üzrə sədri ilə görüşüblər

Bakı. 25 dekabr. REPORT.AZ/ Qonşu bölgələrin cüdo turniri üçün Türkiyənin Adana şəhərinə yollanan Azərbaycan cüdoçuları hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bölgə üzrə sədri Fikrət Yeni ilə görüşüblər. "Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, Türkiyə Gənclik Xidmətləri, İdman Bölgə Müdirliyi və Cüdo Bölgə Təmsilçiliyinin birgə təşkil etdiyi turnirin çempionu olan cüdoçular partiya sədrinə lövhə təqdim ediblər.

F.Yeni ziyarətin Azərbaycan və Adana arasında dərdləşmək məqsədilə təşkil olunduğunu, Azərbaycan və Türkiyənin 2 dövlət, bir millət olduğunu söyləyib. Turnir müddətində isti münasibət gördüklərini söyləyən idmançılarımız Azərbaycana xoş xatirələrlə qayıdacaqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi