Azərbaycanlı cüdoçu Türkiyədəki Qran-pridə bürünc medal qazanıb

Azərbaycanlı cüdoçu Türkiyədəki Qran-pridə bürünc medal qazanıb Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Türkiyənin Antalya şəhərində keçirilən Qran-pri turnirində bürünc medal qazanıb.
Fərdi
5 aprel 2019 14:52
Azərbaycanlı cüdoçu Türkiyədəki Qran-pridə bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Türkiyənin Antalya şəhərində keçirilən Qran-pri turnirində bürünc medal qazanıb. 

"Report"un məlumatına görə, o, üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Sarah Menezesi məğlubiyyətə uğradıb. 

Bu gün mübarizəyə qoşulan digər yeddi idmançı isə turniri medalsız başa vurub.

Orxan Səfərov (60 kq) təsəlliverici görüşdə uduzub. Oruc Vəlizadə (60 kq), İbrahim Əliyev, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq) və İçinxorlu Munxtsedev (57 kq) Qran-pri ilə erkən vidalaşıblar. 

Turnirə aprelin 7-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi