​Azərbaycanlı cüdoçu "Böyük dəbilqə" turnirində qızıl medal qazanıb

​Azərbaycanlı cüdoçu "Böyük dəbilqə" turnirində qızıl medal qazanıb Nicat Şıxəlizadə həlledici görüşdə böyük britaniyalı Kolin Oatesi məğlub edib
Fərdi
8 May , 2015 21:05
​Azərbaycanlı cüdoçu Böyük dəbilqə turnirində qızıl medal qazanıb

Bakı. 8 may. REPORT.AZ/ Bakıda cüdo üzrə "Böyük dəbilqə" turnirinə start verilib. "Report"un məlumatına görə, nüfuzlu yarışda 48 ölkədən 356 idmançı mübarizə aparır.

Yarışın ilk günündə Azərbaycan təmsilçisi Nicat Şıxəlizadə finala yüksəlib. 66 kq çəki dərəcəsində çıxış edən Şıxəlizadə həlledici görüşdə böyük britaniyalı Kolin Oateslə üz-üzə gəlib. Final görüşü təmsilçimizin qələbəsi ilə yekunlaşıb. 

Bu çəkidəki digər təmsilçimiz Hidayət Heydərov isə bürünc medal qazanmaq üçün ispaniyalı Suqoy Uriarteni ilə qarşılaşıb və görüşdən məğlub ayrılıb. 60 kq çəkidəki cüdoçumuz Orxan Səfərov isə 2-ci yerlə kifayətlənib.

Qeyd edək ki, "Böyük dəbilqə"də Azərbaycanı 23 kişi, 12 qadın cüdoçu təmsil edir.

Son xəbərlər

Orphus sistemi