Azərbaycanlı cüdoçu ABŞ-da növbəti çempionluğunu qazanıb

Azərbaycanlı cüdoçu ABŞ-da növbəti çempionluğunu qazanıb Azərbaycanlı cüdoçu Zaur Cəlil Forida ştatının Orlando şəhərində keçirilən 32-ci ABŞ Açıq Cüdo Çempionatının (U.S. Open Championships) qalibi olub. “Report”un yerli bürosu xəbər verir ki, usta cüdoçular arasında 73 kq çəki dərəcəsində çıxış edən idman
Fərdi
454
26 İyul , 2021 19:20
Azərbaycanlı cüdoçu ABŞ-da növbəti çempionluğunu qazanıb

Azərbaycanlı cüdoçu Zaur Cəlil Florida ştatının Orlando şəhərində keçirilən 32-ci ABŞ Açıq Cüdo Çempionatının (U.S. Open Championships) qalibi olub.

“Report”un yerli bürosu xəbər verir ki, usta cüdoçular arasında 73 kq çəki dərəcəsində çıxış edən idmançını ABŞ Cüdo Federasiyası qızıl medal və sertifikatla təltif edib.

Uzun illərdir ABŞ-da iştirakçısı olduğu beynəlxalq yarışlarda 100-dək medal və kubokla təltif olunan Cəlil "Report"a açıqlamasında bu yarışda ilk dəfə iştirak etdiyini bildirib: "ABŞ-da bu il 32-cisi keçirilən Açıq Cüdo Çempionatı beynəlxalq yarış hesab olunur və bura dünyanın bütün ölkələrindən peşəkar idmançılar qatılır. Rəqiblərim arasında Yaponiya, Latın Amerikası ölkələri və ABŞ-ı təmsil edən çox güclü idmançılar var idi. Sevinirəm ki, bu dəfə də ölkəmin adını qürurla təmsil etdim. Bütün uğurlarımı Azərbaycana həsr edirəm. Yaşasın Azərbaycan, yaşasın Qarabağ”.

Qeyd edək ki, Zaur Cəlil daha əvvəl Nevada ştatının Reno şəhərində keçirilən ABŞ çempionatının qalibi olub.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi