Azərbaycanlı cüdo hakimlərinə beynəlxalq dərəcə verilib

Azərbaycanlı cüdo hakimlərinə beynəlxalq dərəcə verilib Arzu Acalova və Mətin Rəhimli Avropa Kubokunun görüşlərini idarə ediblər
Fərdi
11 Aprel , 2016 08:45
Azərbaycanlı cüdo hakimlərinə beynəlxalq dərəcə verilib

Bakı. 11 aprel. REPORT.AZ/ İtaliyanın Linyano şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib. "Report"un məlumatına görə, seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər. 

Nəticədə Azərbaycanın ədalət təmsilçilərindən Arzu Acalova və Mətin Rəhimli beynəlxaq dərəcəli hakim adına layiq görülüblər. Onlar seminara Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynovun rəhbərliyi altında qatılıblar. Hakimlər öncə nəzəri imtahan verib, sonra isə Linyanoda keçirilən gənclərin Avropa Kubokunun görüşlərini idarə ediblər. 

Son xəbərlər

Orphus sistemi