​Azərbaycanlı boksçular Rusiyada uğursuz çıxış edib

​Azərbaycanlı boksçular Rusiyada uğursuz çıxış edib Nihat Orucov zədələnərək döyüşü dayandırıb
Fərdi
3 Aprel , 2015 16:21
​Azərbaycanlı boksçular Rusiyada uğursuz çıxış edib

Bakı. 3 aprel. REPORT.AZ/ Rusiyanın Anapa şəhərində Nikolay Pavlyukovun xatirəsinə həsr olunan gənclər arasında boks turniridə azərbaycanlı boksçular uğursuz çıxış edib. "Report"un məlumatına görə, bu gün rinqə çıxan döyüşçülər məğlubiyyətlə üzləşib.

49 kq çəki dərəcəsində mübarizə aparan Samir Hüseynli Qazaxıstan nümayəndəsi Saken Biboşinova uduzaraq yarımfinala vəsiqə qazana bilməyib. Şükran Mehdiyev də (91 kq) 1/4 finalda yarışla vidalaşıb. Azərbaycanlı boksçu rusiyalı Dmitri Marutkinə məğlub olub – 0:3. Hacı Dilbazovun (75 kq) yolunu isə Rusiya nümayəndəsi kəsib. O, Tulpar Atayevlə dueldən 0:3 hesablı məğlubiyyətlə ayrılıb.

Superağır çəki dərəcəsində çıxış edən Nihat Orucov isə Gürcüstan boksçusu Georgi Zurebeani ilə qarşılaşmada zədələnərək görüşü sonadək davam etdirə bilməyib.

Qeyd edək ki, bununla da Azərbaycan boksçuları yarışda mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi