​Azərbaycan boksçuları Macarıstandan 4 medalla qayıdıb

​Azərbaycan boksçuları Macarıstandan 4 medalla qayıdıb İştvan Boçkainin xatirə turnirində 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanılıb
Fərdi
9 Fevral , 2015 16:39
​Azərbaycan boksçuları Macarıstandan 4 medalla qayıdıb

Bakı. 9 fevral. REPORT.AZ/ Macarıstanın Debretsen şəhərində boks üzrə İştvan Boçkainin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycan boksçuları yarışı 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

52 kq çəki dərəcəsində final görüşündə Məsud Yusifzadə və Salman Əlizadə üz-üzə gəlib. Gənc Yusifzadə təcrübəli Avropa çempionu olan komanda yoldaşını 2:0 hesabı ilə məğlub edərək qızıl medala sahib olub.

75 kq çəki dərəcəsində çıxış edən Xaybulla Musalov da Macarıstandan qızıl medalla dönüb. Milli komandanın üzvü finalda Macarıstan boksçusu Bamabas Neqi ilə qarşılaşmalı idi. Ancaq rəqib idmançı rinqə çıxmayıb.

Azərbaycan çempionu Elnur Əliyev (64 kq) yarımfinalda Monqolustan təmsilçisi Baatarkhuu Çinzoriqə uduzaraq 3-cü yerlə kifayətlənib. Fərid Ağamoğlanov (56 kq), Elvin İsayev (60 kq) və Rauf Rəhimov (81 kq) isə mükafatsız qalıb.

Qeyd edək ki, ümumkomanda hesabında Azərbaycan millisi Macarıstan, Monqolustan və Xorvatiyadan sonra 4-cü yeri tutub.

Son xəbərlər

Orphus sistemi