Yuxarı

​Azərbaycanlı boksçu zədə səbəbindən döyüşə çıxmayacaq

İdmançının əl sümüyündə çat yarandığından, həkimlər onun rinqə çıxmasına icazə verməyiblər

Bakı. 18 yanvar. REPORT.AZ/ Boks üzrə Azərbaycan milli komandasının üzvü Cavid Çələbiyev AİBA Pro Boxing turnirində iştirak edə bilməyəcək. "Report"un Azərbaycan Boks federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb idmançının keçən mərhələdə Yoni Blanko Paçeko ilə görüşdə əlindən zədə almasıdır.

Çələbiyevin əl sümüyündə çat yarandığından həkimlər onun rinqə çıxmasına icazə verməyiblər. Fevralın 19-da Fransanın paytaxtı Parisdə keçiriləcək turnirdə azərbaycanlı döyüşçü Keniya idmançısı Benson Njangiru ilə qarşılaşmalı idi.

Qeyd edək ki, Cavid Çələbiyev ötən ay Paçeko üzərində inamlı qələbə qazanıb. Bu dəfə APB kəməri uğrundə əsas döyüşdə fransalı Xedafi Djelkxirlə argentinalı Alberto Melian üz-üzə gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi