​Azərbaycan boksçusu reytinq siyahısında birinci pilləyə yüksəlib

​Azərbaycan boksçusu reytinq siyahısında birinci pilləyə yüksəlib Dünya və Avropa çempionu Albert Səlimov 4 görüşdən sonra 20 xal qazanıb
Fərdi
10 Mart , 2015 12:20
​Azərbaycan boksçusu reytinq siyahısında birinci pilləyə yüksəlib

Bakı. 10 mart. REPORT.AZ/ WSB-nin (Ümumdünya Boks Seriyası) yeni fərdi reytinq cədvəli açıqlanıb. "Report"un məlumatına görə, Azərbaycanın "Baku Fires" klubunun üzvü, 60 kq çəki dərəcəsində dünya və Avropa çempionu Albert Səlimov 4 görüşdən sonra 20 xalla 1-ci yeri tutub.

Səlimov siyahıda kubalı Alvarez Estrada və rusiyalı Adlan Abdurraşidovu qabaqlayır. Məhəmməd Qurbanov (56 kq) siyahıda 2-cı sırada yer alıb. 3 döyüşdən sonra 15 xal toplayan azərbaycanlı boksçu yalnız amerikalı Fransisko Martinezden geri qalıb.

Arslanbek Mahmudov (+91 kq) döyüşlərinin çoxunu nokautla başa vursa da, o, hələ 3-cü pillədə qərarlaşıb. 19 xalı olan Mahmudovu xorvatiyalı Filip Hrqoviç və britaniyalı Cozef Coyzdan qabaqlayıb.

Boks üzrə Azərbaycan milli komandasının üzvü Pərviz Bağırov, Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev və 91 kq çəki dərəcəsində çıxış edən Abdulqadir Abdullayev isə 4-cü sıradadır.

Sultan Migitinov çəkisi 81 kq olan boksçuların mübarizəsində 5-ci pilləyə layiq görülüb.

Qeyd edək ki, Azərbaycan boksçuları yalnız 49, 52 və 75 kq çəki dərəcələrində reytində ilk beşliyə düşməyiblər. Mövsümün sonunda 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci olan boksçular, digər çəkilərdə isə 1-2-ci yeri tutan idmançılar "Rio 2016"ya vəsiqə qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi