Azərbaycanlı boksçu ermənini məğlub edərək "WBA Continental" kəmərinə sahib çıxıb

Azərbaycanlı boksçu ermənini məğlub edərək "WBA Continental" kəmərinə sahib çıxıb Azərbaycan əsilli boksçu Elnur Səmədov Rusiyada keçirilən WBA Continental titulu uğrunda döyüşdə əslən erməni idmançı Ayk Şaxnazaryanı məğlub edib.
Fərdi
21 Aprel , 2019 00:54
Azərbaycanlı boksçu ermənini məğlub edərək WBA Continental kəmərinə sahib çıxıb

Azərbaycan əsilli boksçu Elnur Səmədov Rusiyada keçirilən WBA Continental titulu uğrunda döyüşdə əslən erməni idmançı Ayk Şaxnazaryanı məğlub edib.

"Report"un Rusiya bürosu xəbər verir ki, 9 raund davam edən döyüş Azərbaycan idmançısının aşkar üstünlüyü şəraitində keçib.

Elnur Səmədov 9-cu raundda ermənistanlı boksçunun görüşü davam etdirə bilməyəcəyini bildirməsindən sonra, hakimlərin yekdil qərarı ilə "WBA Continental" kəmərinə layiq görülüb.

Görüşdən sonra çoxsaylı bədən xəsarətləri alan Ayka Şahnazaryana tibbi yardım göstərilib.

Yarış Floyd Meyveyzer Boks Akademiyasının təşkilatçılığı ilə baş tutub.

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi