Azərbaycan boksçusu 1/8 finalda erməni ilə qarşılaşacaq

Azərbaycan boksçusu 1/8 finalda erməni ilə qarşılaşacaq Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində üçüncü günün döyüşlərinə start verilib.
Fərdi
16 Mart , 2020 19:00
Azərbaycan boksçusu 1/8 finalda erməni ilə qarşılaşacaq

Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində üçüncü günün döyüşlərinə start verilib.

"Report"un məlumatına görə, birinci seansda Azərbaycan millisinin üzvü Lorenzo Sotomayor rinqə çıxıb.

Olimpiya mükafatçısı ilk görüşünü Dmitri Qalaqota (Moldova) qarşı keçirib. 1/16 final mərhələsində baş tutan qarşılaşma Sotomayorun qələbəsi ilə yekunlaşıb. O, rəqibini 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.

Boksçu 1/8 final görüşünə martın 18-də çıxacaq. Sotomayorun rəqibi erməniəsilli Danimarka idmançısı Sebastian Terteryan olacaq.

Qeyd edək ki, turnirin üçüncü gününün ikinci seansında daha 3 boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynov (52 kq) ilk görüşünə çıxacaqsa, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək.

Son xəbərlər

Orphus sistemi