Yuxarı
    Bağlamaq

    Azərbaycanlı Avropa çempionu: "Hədəfim U23 Avropa Birinciliyində qalib olmaqdır"

    Avropa çempionu adını qazandığım üçün çox sevinirəm

    Bakı. 17 sentyabr. REPORT.AZ/ "Çox əsəbi idim və uduzacağımı fikirləşirdim. Avropa çempionu adını qazandığım üçün çox sevinirəm". "Report"un məlumatına görə, bunu gənclər arasında Avropa çempionatının qızıl medalçısı Hidayət Heydərov Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına açıqlamasında deyib.

    Qurumun rəsmi saytı azərbaycanlı çempiondan yazı hazırlayıb. 73 kq çəkidə çıxış edən idmançı mükafatçılar sırasında birinci yer tutduqdan sonra bunları bildirib: "Mən Avropa çempionu adını qazandığım üçün çox sevinirəm. İkinci dəfə Avropa birinciliyinin qalibi oldum. Daha əvvəl Katsiaşviliyə uduzub sonra gənclərin qitə çempionatının finalında ona qalib gəlməyim məni şad və məmnun edən əsas səbəbdir. Növbəti hədəfim noyabr ayında Tel - Əvivdə keçiriləcək U23 Avropa Birinciliyində qalib olmaqdır".

    Qeyd edək ki, İspaniyanın Malaqa şəhərində keçirilən çempionata 43 ölkədən 409 idmançı (225 oğlan, 184 qız) qatılıb. Azərbaycan milli komandası qitə turnirində 14 cüdoçu ilə (10 oğlan, 4 qız) mübarizə aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi