Azərbaycanlı atletin göstəricisi ən yaxşılar arasında

Azərbaycanlı atletin göstəricisi ən yaxşılar arasında Avropa Atletika Assosiasiyası öz saytında idmançıların unudulmaz 50 performans cədvəlini açıqlayıb.
Fərdi
370
12 Avqust , 2020 16:33
Azərbaycanlı atletin göstəricisi ən yaxşılar arasında
Ramil Quliyev

Avropa Atletika Assosiasiyası öz saytında idmançıların ən yaxşı 50 performans cədvəlini açıqlayıb.

"Report"un məlumatına görə, siyahıda Türkiyə millisinin heyətində çıxış edən azərbaycanlı atlet Ramil Quliyevin 2018-ci ildə Almaniyanın paytaxtı Berlindəki Avropa çempionatında qazandığı nailiyyət də yer alıb.

30 yaşlı idmançı sözügedən turnirdə 200 metr məsafəyə qaçışda 19,76 saniyəlik göstərici ilə qızıl medala sahib çıxmışdı.

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya çempionu olub. 

Son xəbərlər

Orphus sistemi