Azərbaycanlı atlet: "Ramil Quliyev Bakıdakı ab-hava ilə maraqlanırdı"

Azərbaycanlı atlet: "Ramil Quliyev Bakıdakı ab-hava ilə maraqlanırdı" Biz Avropa komandasını təmsil edirdik. eyni oteldə qalırdıq. Həmin yarışda ölkə idmanı barədə söhbətimiz olmadı. Öz hazırlıqlarımız və gələcək planlarımız barədə danışdıq.
Fərdi
24 Sentyabr , 2019 13:53
Azərbaycanlı atlet: Ramil Quliyev Bakıdakı ab-hava ilə maraqlanırdı

"Biz Avropa komandasını təmsil edirdik. eyni oteldə qalırdıq. Həmin yarışda ölkə idmanı barədə söhbətimiz olmadı. Öz hazırlıqlarımız və gələcək planlarımız barədə danışdıq".

Bunu "Report"a açıqlamasında azərbaycanlı atlet Nazim Babayev Belarusun paytaxtı Minskdə Avropa və ABŞ yığmaları arasındakı qarşılaşmada Türkiyə millisinin üzvü Ramil Quliyevlə görüşü barədə danışarkən deyib. 

Üç təkanla tullanma yarışında çıxış edən 22 yaşlı atlet Quliyevlə daha öncəki görüşlərdə ölkə idmanı barədə söhbətlərinin olduğunu  bildirib: "Ramil Bakıdakı ab-hava ilə maraqlanırdı. Məşq zalımızın vəziyyətini və uşaqlarda irəliləyişin olub-olmadığını soruşurdu. Böyük turnirlərdə isə çox danışmaq fürsətimiz olmur, çünki fikrimizi əsasən yarışa yönəldirik".

Babayev Quliyevdən Türkiyə millisini seçmə səbəbini soruşmadığını söyləyib: "Onun seçiminə hörmətlə yanaşıram. Yəqin, hər hansı bir səbəbi olub ki, o da bunu edib. Heç kəs öz ölkəsini qoyub getmək istəməz".

Qeyd edək ki, Avropa – ABŞ matçında Ramil Quliyev 1-ci, Nazim Babayev 7-ci olub. Hər iki idmançı Qətərin paytaxtı Dohadakı dünya çempionatında da iştirak edəcək. Mundial sentyabrın 27-dən oktyabrın 6-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi