Azərbaycan atleti Avropa birinciliyində 3 qızıl medal qazanıb

Azərbaycan atleti Avropa birinciliyində 3 qızıl medal qazanıb Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində Azərbaycan idmançısı 3 qızıl medal qazanıb.
Fərdi
16 İyun , 2024 20:15
Azərbaycan atleti Avropa birinciliyində 3 qızıl medal qazanıb

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində Azərbaycan idmançısı 3 qızıl medal qazanıb.

"Report" xəbər verir ki, Kamran Xappayev birdən qaldırma hərəkətində 102 kq çəkini başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin qalibi olub.

O, təkanla qaldırma hərəkətində də eyni uğura imza atıb. 125 kq-ı ram edən idmançı rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb.

Təmsilçimiz toplam 227 kq (102+125) nəticə ilə yekun sıralamada da hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışdakı digər atletimiz Əbdülhüseyn Hüseynov 207 kq (95+112) nəticə ilə yekun sıralamada 6-cı olub.

Son xəbərlər

Orphus sistemi