Azərbaycanlı 5 qat dünya çempionu: "Yaş olimpiadada yüksək nəticə göstərməyimə mane olmayacaq"

Azərbaycanlı 5 qat dünya çempionu: "Yaş olimpiadada yüksək nəticə göstərməyimə mane olmayacaq" "Dünya çempionatında zəif rəqib olmur"
Fərdi
1 Noyabr , 2016 15:54
Azərbaycanlı 5 qat dünya çempionu: Yaş olimpiadada yüksək nəticə göstərməyimə mane olmayacaq

Bakı. 1 noyabr. REPORT.AZ/ "Bu, təkcə bizim deyil, Azərbaycanın qələbəsidir. Öz Vətənimizə borcumuzu verdik". 

"Report"un məlumatına görə, bunu karate üzrə 5 qat dünya çempionu Rafael Ağayev Gənclər və İdman Nazirliyində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bundan sonra da başlarını aşağı salıb çıxışlarını davam etdirəcəklər: "Dünya çempionatında zəif rəqib olmur. Sonuncu dəfə 2010-cu ildə dünya çempionu olmuşdum. Sonradan hakim qərarı ilə uduzmuş və daha sonra zədə üzündən çempionatdan kənarda qalmışdım. Tokio olimpiadasında 35 yaşım olacaq. Hesab etmirəm ki, bu, mənim olimpiadada yüksək nailiyyət göstərməyimə mane olacaq".

Son xəbərlər

Orphus sistemi