Azərbaycanın yunan-Roma güləşçiləri dünya reytinqində 3-cü yeri tutub

Azərbaycanın yunan-Roma güləşçiləri dünya reytinqində 3-cü yeri tutub 7 güləşçi ilk onluqda yer alıb
Fərdi
9 Yanvar , 2017 16:27
Azərbaycanın yunan-Roma güləşçiləri dünya reytinqində 3-cü yeri tutub

Bakı. 9 yanvar. REPORT.AZ/ Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb. 

"Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında Azərbaycanın 9 təmsilçisinin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub.

Ötən il Rio-de-Janayero Yay Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb.

Onluğa daxil olan digər güləşçilərdən Rövşən Bayramov (59 kq) 6-cı, Rafiq Hüseynov (80 kq) 7-ci, Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) isə 8-ci yerdədir.  

Son xəbərlər

Orphus sistemi