Azərbaycan yığması bodibildinq üzrə Avropa çempionatını 4 medalla başa vurdu

Azərbaycan yığması bodibildinq üzrə Avropa çempionatını 4 medalla başa vurdu Azərbaycanın bodibildinq üzrə milli komandası İspaniyanın Santa-Susanna şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib
Fərdi
17 May , 2021 01:14
Azərbaycan yığması bodibildinq üzrə Avropa çempionatını 4 medalla başa vurdu

Azərbaycanın bodibildinq üzrə milli komandası İspaniyanın Santa-Susanna şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

"Report" xəbər verir ki, yığmamız yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Belə ki, 95 kq-dək kateqoriyada iki idmançımız - Fuad Quluzadə gümüş medal qazanaraq ikinci, Nizami Misirov bürünc medalla üçüncü yeri tutub.

Eyni zamanda “Muscular Men’s physique” kateqoriyadında Rasim Həsənov qızıl, İmaş Quluzadə isə +182 sm kateqoriyasında “Men's physique” (çimərlik bodibildinqi) kateqoriyasında bürünc medal qazanıb.

Beləliklə, Azərbaycanın bodibildinq üzrə yığma komandası Avropa çempionatını 4 medalla başa vurub.

Son xəbərlər

Orphus sistemi