Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokuna 3 medalla başlayıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokuna 3 medalla başlayıblar Azərbaycanın yeniyetmə cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kubokuna 3 medalla başlayıb.
Fərdi
9 mart 2025 00:10
Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokuna 3 medalla başlayıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən Avropa Kubokuna 3 medalla başlayıblar.

"Report" Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə millimiz hesabına 1 gümüş və 2 bürünc medal yazdırıb.

Qızların mübarizəsində 48 kq çəkidə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova bürünc medalın sahibi olub. Oğlanlar arasında 60 kq çəki dərəcəsində Röyal Qayıbov bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə ümumilikdə 24 ölkədən 448 idmançı mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi