Azərbaycanın üç karateçisi Dünya Oyunlarında iştirak edəcək

Azərbaycanın üç karateçisi Dünya Oyunlarında iştirak edəcək Karate yarışları 8-9 iyulda baş tutacaq
Fərdi
111
12 Mart , 2022 10:56
Azərbaycanın üç karateçisi Dünya Oyunlarında iştirak edəcək

Azərbaycanın 3 karateçisi ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) keçiriləcək Dünya Oyunlarında iştirak edəcək.

Azərbaycan Milli Karate Federasiyasının Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Dünya Karate Federasiyası (WKF) İrina Zaretska (68 kq), Asiman Qurbanlı (84+ kq) və Roman Heydərlinin (kata) yarışa qatılacağını təsdiqləyib.

Qeyd edək ki, Dünya Oyunları 7 - 17 iyulda gerçəkləşəcək. Karate yarışları 8-9 iyulda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi