Yuxarı

Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib

Mükafat yanvarın 31-də Veyk-an-Zee super turnirinin bağlanış mərasimi zamani təqdim ediləcək

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib. Mükafat ilk dəfə Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə “Tata Steel Chess” super turnirində təqdim ediləcək. Mükafatın qalibini jüri – ailəsi adindan qardaşı Sərxan Həşimov, Veyk-an-Zee turnirinin direktor Yerun van den Bera və yarışın baş hakimi Pavel Votruba seçəcək. “Fair-play” qaydalarına riayət edən şahmatçı qalib adına layiq görüləcək.

Qalib seçilərkən Vüqar Həşimovun həmişə yarışlarda şahmata, azarkeşlərə və təşkilatçılara göstərdiyi hörmət prinsipi nəzərə alınacaq.

Mükafat yanvarın 31-də Veyk-an-Zee super turnirinin bağlanış mərasimi zamani təqdim ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi