Yuxarı
    Bağlamaq

    Azərbaycanın taekvondo yığması komandalararası dünya çempionatının qalibi olub

    Bu titul Meksikada əldə olunub

    Bakı.10 dekabr. REPORT.AZ/ Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan millisi komandalararası dünya çempionatının qalibi olub. "Report"un məlumatına görə, Reza Mehmandustun baş məşqçisi olduğu yığma bu uğura Mexikonun paytaxtı Meksikada imza atıb. 

    İran, Özbəkistan və Meksikanın yer aldığı A qrupunu lider kimi tamamlayan komanda yarımfinalda Cənubi Koreyanı, finalda İranı məğlub edib. Bürünc medallara Rusiya və Cənubi Koreya sahib olub. 

    Bundan başqa Azərbaycan millisindən Milad Beygi Harçeqani ən yaxşı taekvondoçu, Reza Mehmandust isə ən yaxşı baş məşqçi sayılıb. 

    Qeyd edək ki, dünya çempionatında 8 ölkə mübarizə aparıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi