​Azərbaycanın şosse velosipedi üzrə yığma komandasının üzvü Sloveniyada mübarizəyə başlayır

​Azərbaycanın şosse velosipedi üzrə yığma komandasının üzvü Sloveniyada mübarizəyə başlayır Yelena Pavluxina "Giro d'Italia" yarışında iştirak edəcək
Fərdi
3 İyul , 2015 18:45
​Azərbaycanın şosse velosipedi üzrə yığma komandasının üzvü Sloveniyada mübarizəyə başlayır

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycanın şosse velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü, "Bakı 2015" I Avropa Oyunlarının fərdi ötüşmə yarışında 6-cı yeri tutan Yelena Pavluxina daha bir önəmli yarışda mübarizəyə başlayır. "Report"un məlumatına görə, Sloveniyanın "Lyublyana" klubunun da şərəfini qoruyan Azərbaycan çempionu öz komandasının heyətində nüfuzlu "Giro d'Italia" yarışında iştirak edəcək.

Yarışın proqramına əsasən, qadınlardan ibarət 19 komanda 10 gün ərzində 887 km məsafə qət edəcək. Nüfuzlu yarışın 2 km-dən ibarət başlanğıc hissəsi bu gün Sloveniyanın paytaxtı Lyublyanada start götürəcək.

Son xəbərlər

Orphus sistemi