Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında bir medalla kifayətlənib

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında bir medalla kifayətlənib Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanın sərbəst güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bir medalla kifayətlənib.
Fərdi
125
22 Oktyabr , 2018 21:52
Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatında bir medalla kifayətlənib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanın sərbəst güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bir medalla kifayətlənib.

"Report"un məlumatına görə, bu növ üzrə 10 pəhləvandan yalnız Cəbrayıl Həsənov mükafatçılar sırasına düşməyi bacarıb. 28 yaşlı idmançı bu gün keçirilən final görüşündə ABŞ təmsilçisi Kayl Duqlas Deykə uduzaraq, gümüş medal əldə edib.

Qalan sərbəst güləşçilərə gəldikdə, Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (70 kq), Murad Süleymanov (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) təsnifat mərhələsində, Pərviz İbrahimov (61 kq) və Şərif Şərifov (92 kq) 1/8 finalda, Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (74 kq) və Aslanbek Alborov (97 kq) 1/4 finalda uduzaraq, mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi