Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu məşqlərə başlayıb

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu məşqlərə başlayıb Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov məşqlərə başlayıb.
Fərdi
29 mart 2019 08:23
Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu məşqlərə başlayıb

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov məşqlərə başlayıb.

"Report"un məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev açıqlama verib. 

O bildirib ki, Əsgərov şəxsi məşqçisi Elçin Zeynalovun rəhbərliyi altında Gəncədə fərdi qaydada çalışır. O, titullu pəhləvanın Qazaxıstanın paytaxtı Nur-Sultanovda keçiriləcək dünya çempionatınadək kollektiv məşqlərə qoşulacağını əlavə edib.

N.Əliyev qadın güləşçi Mariya Stadnikin Avropa çempionatına zədə səbəbindən aparılmayacağını da diqqətə çatdırıb.

Federasiya rəsmisi Avropa çempionatından gözləntilərini də açıqlayıb: “Heyəti sabit qitmətləndirmək olar. Ümidvarıq ki, bu heyət ölkəmizi layiqincə təmsil edəcək. Güləşçilərimizdən yüksək nəticələr gözləyirik. Əsas məqsədimiz dünya çempionatında uğurla çıxış etməkdir. Çünki 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Buna görə bəzi idmançılarımızı qoruduq”.

Qeyd edək ki, Avropa çempionatı 8 - 14 apreldə keçiriləcək. Yarışa Azərbaycanın, ümumilikdə, 28 idmançısı qatılacaq.

Son xəbərlər

Orphus sistemi